Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

İbrahim Şehiç: Qarabağ Azərbaycandır


Türkiyənin “Konyaspor” futbol klubunun qapıçısı İbrahim Şehiç Azərbaycan Ordusuna dəstək nümayiş etdirib.
BrendSport.az xəbər verir ki, bosniyalı qapıçı şəxsi “Instagram” hesabında bununla bağlı paylaşım edib: “Dualarım sizinlədir, əziz dostlarım. Qarabağ Azərbaycandır”.
Otuz bir yaşlı futbolçu 2013-2018-ci illərdə “Qarabağ”da çıxış edib.


“Tokio-2020” zamanı Bakıda Olimpiya festivalı təşkil olunacaq



Beynəlxalq Olimpiya Komitəsi “Tokio-2020” Yay Olimpiya Oyunları zamanı yenilik tətbiq edəcək. Oyunlar zamanı dünyanın müxtəlif ölkələrində Olimpiya festivalı keçiriləcək.

BrendSport.az xəbər verir ki, bunu Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə deyib.

Vitse-prezident bildirib ki, Azərbaycan da festivalın keçirilməsi üçün seçilən ölkələr arasındadır. Bizim bu sahədə təcrübəmiz var. Bakıda təşkil olunan IV İslam Həmrəyliyi Oyunları və XV Avropa Gənclər Olimpiya Festivalı zamanı MOK-da “Zəfər günləri” təşkil olunub. Ancaq Olimpiya festivalının əhalinin çox toplaşdığı yerdə keçirilməsi planlaşdırılır. Festivalın Dənizkənarı Milli Parkda təşkili nəzərdə tutulub. Bu festivalın ölkəmizdə rəngarəng və yaddaqalan olacağına inanıram.


Facebook-da paylaş