Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Astaralı idmançıların əldə etdiyi nailiyyətlər



24-26 fevral 2018-ci il tarixlərdə İmişli rayonunda Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş budo döyüş növləri üzrə uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında X Açıq Azərbaycan birinciliyi və Çempionatı keçirilmişdir.

BrendSport.az saytına Astara Gənclər və İdman İdarəsindən verilən məlumata görə, yarışda Astara rayon komandası da iştirak etmiş və uğurlu nəticələr qazanmışdır.

Belə ki, 40 kq çəki dərəcəsində Zəfər Hüseynov və 50 kq çəki dərəcəsində Feyzulla Feyzullayev III yerə, 35 kq çəki dərəcəsində Elmar Abdullayev, 55 kq çəki dərəcəsində Nurlan Əlizadə və 64 kq çəki dərəcəsində Səbuhi Əhədullayev II yerə, 65 kq çəki dərəcəsində Qılman Dadaşov isə I yerə layiq görülmüşlər.

Qeyd edək ki, idmançıları yarışa məşqçi-müəllimlər VI dan qara kəmər ustası Ramiq Rəhmanov və III dan qara kəmər ustası Zamin Baxşıyev hazırlayıblar.

Əliqasım Məmmədov,
ADPU-nun I kurs tələbəsi



Facebook-da paylaş

Xəbəri paylaş