Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“İlhamlı Qələbələr” adlı idman festivalının mini-futbol turnirində finalçılar bəlli oldu




“BrendSport.az” saytının layihəsi olan və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi ilə keçirilən 44 günlük Vətən müharibəsinə həsr olunmuş “İlhamlı Qələbələr” adlı idman festivalının mini-futbol turniri artıq sona yaxınlaşır.

Bu gün keçirilən yarımfinal oyunlarında Azərbaycan Güləş Federasiyasının (AGF) Olimpiya, Dünya və Avropa çempionlarından ibarət komanda ilə “Xəzər” TV-nin komandası, “Azərbaycan” nəşriyyatının və “BrendSport.az” saytının birgə komandası ilə incəsənət nümayəndələrini təmsil edən komandalar qarşı-qarşıya gəldilər.

Günün ilk oyunu AGF-nin Olimpiya, Dünya və Avropa çempionlarından ibarət komanda ilə “Xəzər” TV-nin komandaları arasında oldu. Gözlənildiyinin əksinə olaraq çempionlar bu oyunda asan qələbə qazanıb. Belə ki, oyunboyu üstünlüyü əldən verməyən idmançılar yekunda 6:1 hesablı inamlı qələbə qazanıblar. Bu qələbə ilə adlarını finala yazdıraraq öz rəqiblərini gözlədilər.

Günün ikinci oyununda isə “Azərbaycan” nəşriyyatının və “BrendSport.az” saytının birgə komandası ilə incəsənət nümayəndələrini təmsil edən komandalar qarşı-qarşıya gəldilər. Bu oyun da öz gərginliyi ilə yadda qaldı. Dünən keçirilən oyunda olduğu kimi, bu gün də ilk dəqiqələrdə hesabda geri düşən nəşriyyatçılar qısa vaxt ərzində toparlanaraq hesabı bərabərləşdirdilər. Bundan sonra oyunda diqtə edən tərəfə çevrilən “Azərbaycan” nəşriyyatının və “BrendSport.az” saytının birgə komandası 10:3 hesabı ilə qələbə qazanaraq finala vəsiqə qazandı.

Beləliklə, sabah keçiriləcək finalda qarşılaşacaq komandalar AGF-nin Olimpiya, Dünya və Avropa çempionlarından ibarət komandası ilə “Azərbaycan” nəşriyyatının və “BrendSport.az” saytının birgə komandası oldu.

“Xəzər” TV-nin komandası pley-off görüşündə oynamaqdan imtina etdiyi üçün üçüncü yerin qalibinin adına reqlamentə əsasən “AzTV” və “İdman Azərbaycan” kanallarının birgə komandası ilə incəsənət nümayəndələrini təmsil edən komandalar arasında keçirilən oyundan sonra aydınlıq gələcək.

Xatırladaq ki, turnir AFFA-nın və “BrendSport.az” saytının təşkilatçılığı və “AL Kaya” Fragrance Company-nin Baş sponsorluğu, eyni zamanda, “Həyat aptek”, “İslamoğlu” un məmulatları , “Scallezioni”, “Suzan Baku Tekstil”, “Dübrar” suları , "Full Enerji" və “Natural Hali Outlet” şirkətlərinin sponsorluğu ilə keçirilir.









Facebook-da paylaş

Xəbəri paylaş