Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Ordumuza olan ümumxalq dəstəyi davam edir




Məlum olduğu kimi, bu ilin sentyabr ayının 27-dən etibarən işğalçı Ermənistan dövləti tərəfindən ölkəmizin ərazi bütövlüyünə qarşı yönəlmiş yeni təxribatlar həyata keçirilir.
Buna qarşı da Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə ölkımizin ərazi bütövlüyünü qorumaq məqsədilə Müzəffər Ordumuz tərəfindən əks-hərbi əməliyyatlar başalyıb.

Hazırda düşmən təxribatının qarşısı alınır və hərbi əməliyyatlar uğurla davam etdirilir. Artıq işğalda olan bir çox yaşayış məntəqələrimiz, eləcə də bir neçə rayon mərkəzi azad olunub və şanlı bayrağımız doğma torpaqlarımızda dalğalanır.
Cəbhədə əsgərlərimizə mənəvi dəstək olmaq üçün BrendSport.az saytı idman ictimayəti ilə birlikdə mütəmadi olaraq "İlhamlı qələbələr" adlı orduya dəstək kampaniyası həyata keçirir. Bu günlərdə yenidən bir çox idman federasiyaların, eləcə də, BrendSport.az saytının təsisçisi Dönməz Abbasov və saytın baş redaktoru Bəhruz Səmədovun təşkilatçılığı idman ictimaiyyətinin üzvlərindən ibarət bir qrupu cəbhə bölgəsinə səfər ediblər.

Qeyd edək ki, kampaniyaya Gənclər və İdman nazirliyi ilə bərabər SOCAR-ın əməkdaşlarından İlham Nəsirov, Rasim Mustafayev, Fərid Məmmədov, “Ciu-Citsu” üzrə Dünya və Avropa çempionu Vüqar Cəfərov, Azərbaycan MMA, Pankration və Qrepplinq Federasiyasının qrepplinq idman növü üzrə vitse-prezidenti Hüseynəli Abbaslı, “Cəngi” İdman Klubu, olimpiya kateqoriyalı beynəlxalq dərəcəli hakim, prezident mükafatçısı  Hicran Şərifov, Peşəkar Boks Federasiyasının 1-ci vitse-prezidenti, boks üzrə Dünya çempionu Fərhad Acalov, “Sehirli dünya” uşaq jurnalının təsisçisi Gülzar İbrahimova və iş adamı Samir İbrahimov yaxından dəstək olmuşlar.

Kampaniya çərçivəsində əsgərlərimizə dəstəyini əsirgəməyən “Həyat” aptekinin rəhbəri Rəhim Axundova, "Mətanət A" şirkətinin prezidenti Elxan Bəşirova, könüllülərdən Pərvin Abıyeva, Fərid Məhərrəmova, “Suzani” Bakı tekstil şirkətinə, “Berg” enerji içkilərinin nümayəndələrə Nərgiz Abbasovaya və Rafael Novruzalıyevə dərin minnətdarlığımızı bildiririk.


Vətən oğulları ilə keçirilən səmimi görüşdə iştirak edənlər çıxış edərək ordumuzun göstərdiyi şücaətdən, onlarda olan ruh yüksəkliyindən danışaraq, ordumuza Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin və bütün Azərbaycan xalqının güvəndiyindən söz açmış, əsgərlərimizə Qarabağ zəfəri arzulamışlar. Vətən oğulları ilə görüşdən yüksək əhvali-ruhiyyə ilə qayıdan təşkilatçılar bu cür səfərlərin bundan sonra da təşkil olunması barədə qərar qəbul ediblər.


Facebook-da paylaş

Xəbəri paylaş