Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Ramazan bayramında daun və autizm sindromlu uşaqlar üçün özəl bir gün




Hər zaman gənclərin və idmançıların uğurlarını işıqlandırmaqda öndə olan BrendSport.az saytı ənənəsinə sadiq qalaraq bu günlərdə “Azərbaycan Əlil Velosipedçilərə Dəstək ictimai Birliyi” ilə bərabər yeni bir layihəyə imza atdı.

Belə ki, saytımızın informasiya dəstəyi ilə “Atrium” İdman və Uşaq Əyləncə Mərkəzində dünya müsəlmanlarının müqəddəs Ramazan bayramına və 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə özəl olaraq daun və autizm sindromlu uşaqlar üçün möhtəşəm bayram şənliyi keçirilib. Tədbirin keçirilməsində məqsəd uşaqlarda ikiqat bayram əhval-ruhiyyəsi yaratmaq, onlara göstərilən diqqət və qayğını əyani olaraq göstərmək idi.

Yüksək səviyyədə təşkil olunmuş şənlik həm uşaqlarda, həm də qonaqlarda xoş ovqat yaradıb. Tədbirdə uşaqlar üçün müəyyən olunmuş viktorinalar, oyunlar onların daha da əylənməsi üçün əlavə stimul olub. Eyni zamanda uşaqlara hədiyyələr paylanmaqla, hər zaman yaddaşlarında yaşadacaqları bir gün yaşadılıb.

Qeyd edək ki, tədbirə bir çox tanınmış şirkətlər, idman mərkəzləri öz dəstəklərini göstərmişdir. Bunlardan “Atrium” İdman və Uşaq Əyləncə Mərkəzi, “Nikos” kosmetika brendi, “İdor” parfümeriya, “Soel parfumery & cosmetics” parfümeriya, “Berqa” çayları, “Astaraçay” MMC, “Astara düyüləri”, “Natural halı”, “Siyəzən broyler”, “Faberlic” Qafqaz MMC, “ANC GROUP MMC”, “Araz” marketdən “Xonça” şirniyyatları, Gədəbəyin “Slavyanka” sularının, eyni zamanda, autizm mərkəzlərindən “ABA”, “Mədinə”, Bakı Autizim, Azərbaycan Autizimlilər İdman Klubu və UAFA mərkəzlərinin, Azərbaycan Əlil Velosipedcilər Klubunun, ARB tv də yayımlanan Biz Birik verlişinində adlarını çəkmək olar.

Tədbiri öz şux mahnıları ilə daha da təravətləndirən müğənnilərdən əməkdar artist Səlim Abbasov, Aynur Dadaşova, xanəndə Könül Məmmədli, Bəhlul Tufan, Röyal Yaşar, bəstəkar Rasim Ələkbərov, Naza, Nigar, Emil Elmanoglu,Bəhlul Əliyev və Ülkər Yaşarqızını qeyd etmək lazımdır.

Tədbirin aparıcısı Lətafət Ələkbərova, tədbirin fəxri qonağı isə Hacı Nuran olub.

Biz də həm BrendSport.az saytı adından, həm də autizim mərkəzləri adından tədbirə qatılan, böyük həvəslə dəstək olan bütün şirkətlərə və iştirak edən incəsənət nümayəndələrinə öz təşəkkürümüzü bildiririk.









Facebook-da paylaş

Xəbəri paylaş