Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Ağır atletika üzrə kişilər və qadınlar arasında ölkə kuboku



Samux Zirvə Ağır Atletika İdman Kompleksinin yetirmələri Sənan Quliyev və Mürsəl Quliyev ağır atletika idman növü üzrə kişilər və qadınlar arasında ölkə kuboku yarışında iştirak etdilər.

BrendSport.az saytının Samux rayon Gənclər və İdman idarəsinə istinadən verdiyi məlumata görə, 01-04 dekabr 2017-ci il tarixlərdə Şüvəlan qəsəbəsi Ağır Atletika Akademiyasının idman bazasında təşkil olunmuş ağır atletika idman növü üzrə kişilər və qadınlar arasında ölkə kuboku yarışında idmançımız Sənan Quliyev 77 kq çəki dərəcəsində birdən qaldırmada 126 kq-da çempion oldu.

Təkanla qaldırmada 151 kq-ın öhdəsindən uğurla gəldi. Ümumi xal hesabında 277 kq nəticə ilə 2-ci yerə layiq görülərək gümüş kubokla mükafatlandırıldı. İdmançımızı bu qələbə münasibəti ilə təbrik edir, bol-bol uğurlar arzulayırıq.

Əliqasım Məmmədov




Facebook-da paylaş

Xəbəri paylaş