Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Ağır atletika üzrə Azərbaycan rekordçusu



Dadaşbəyli Dadaş Nurulla oğlu 15 iyul 1996-cı ildə Qobustan şəhərində anadan olmub. 2003-cü ildə Aleksandr Çernyayevski adına 1 saylı orta məktəbə qəbul olu və 2014-cü ildə həmin məktəbi bitirib. Həmin il Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının ağır atletika fakütləsinə daxil olub. Hazırda həmin ali məktəbin 4-cü kurs tələbəsidir.

BrendSport.az xəbər verir ki, Dadaş 2003-cü ildən ağır atletika idman növü ilə məşğul olmağa başlayib. İlk müəllimi Səfərli Şəmsi olub. 2012-ci ildən Azərbaycan milli komandasının tərkibinə daxil edilib. Həmin vaxtdan Asif Məmmədovun rəhbərliyi altında məşqlərimə davam edib. 2013-cü ildən Nizami Paşayevlə çalışmağa başlayib. Hazırda şəxsi məşqçisi Şəmsi Səfərli ilə hazırlığını davam etdirir.
2012-ci ildən Respublika və beynəlxalq dərəcəli yarışlarda iştirak etməyə başlayib.

Respublika dərəcəli yarışlar:

- 2012-ci il. Gənclər arasında Azərbaycan çempionatı - 2-ci yer.
- 2013-cü il. Yeniyetmələr arasında Azərbaycan çempionatı - 1-ci yer.
- 2013-cü il. Yeniyetmələr arasında Azərbaycan Kuboku - 1-ci yer.
- 2014-cü il. Gənclər arasında Azərbaycan çempionatı - 1-ci yer.
- 2014-cü il. Böyüklər arasında Azərbaycan çempionatı - 1-ci yer.


Hazırda 94 kq çəki dərəcəsində yeniyetmələr və gənclər arasında Azərbaycan rekordları mənə məxsusdur.

Beynəlxalq yarışlar:

- 2012-ci il. Buxarest, Rumıniya, Yeniyetmələr arasında Avropa birinciliyi - 9-cu yer.
- 2012-ci il. Koşitse, Slovakiya. Yeniyetmələr arasında dünya birinciliyi - 13-cü yer.
- 2013-cü il. Daşkənd, Özbəkistan. Yeniyetmələr arasında dünya birinciliyi - 4-cü yer.
- 2013-cü il. Klaypeda, Litva. Yeniyetmələr arasında Avropa birinciliyi - 2-ci yer.
- 2014-cü il. Bakı, Azərbaycan. “Zirvə Beynəlxalq İdman Klubu”nun Dünya kubokunun sahibi.
- 2014-cü il. Almatı, Qazaxıstan. Böyüklər arasında dünya çempionatı - 14-cü yer.
- 2014-cü il. Limassol, Kipr. Gənclər arasında Avropa çempionatı - 2-ci yer.
- 2014-cü il. Ankara, Türkiyə. “Zirvə Beynəlxalq İdman Klubu”nun Dünya çempionatının qalibi.
- 2015-ci il. Astara, Azərbaycan. “Zirvə Beynəlxalq İdman Klubu”nun dünya kubokunun sahibi.
- 2015-ci il. Klaypeda, Litva. Gənclər arasında Avropa çempionatı - 1-ci yer (Sinkleyr cədvəli üzrə mütləq qalib).
- 2015-ci. Hyuston, ABŞ. Böyüklər arasında dünya çempionatı - 4-cü yer.
- 2016-cı il. Bakı, Azərbaycan. “Zirvə Beynəlxalq İdman Klubu”nun ağır atletika beşnövçülüyü üzrə dünya kubokunun sahibi.













Facebook-da paylaş

Xəbəri paylaş