Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

Hallalıq brendi - PAYIM KOLBASALARI

VİDEO Bütün Xəbərlər

Şamaxı Olimpiya İdman Kompleksinin direktor əvəzi Səbuhi Qarayevin müsahibəsi




Gənc şahmatçıların Ağsu turniri



Ağsu rayon Təhsil şöbəsinin və Ağsu rayon Uşaq-Gənlər İdman-Şahmat Məktəbinin birgə təsdiq etdikləri Əsasnaməyə uyğun olaraq 17-19 yanvar 2018-ci il tarixlərində “20 Yanvar-Ümumxalq Hüzn Günü”nə həsr olunmuş məktəblilər arasında şahmat idman növü üzrə rayon birinciliyi keçirildi.

Ağsu rayon Gənclər və İdman İdarəsindən BrendSport.az saytına verilən məlumata görə, üç gün davam edən yarış Ağsu rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbində reallaşmışdır. Yarışın keçirilməsində məqsəd 20 yanvar şəhidlərinin xatirəsini əbədiləşdirmək, məktəblilərdə Vətənə məhəbbət hissini aşılamaq və şahmatçıların təsnifat dərəcələrini artırmaq olmuşdur. Yarışda qızlar və oğlanlar iştirak etmişdir.

Qızlar bir qrupda, oğlanlar isə iki qrupda (10 və 16 yaşadək olan məktəblilər) iştirak edirdi. Birincilikdə ümumilikdə 52 nəfər şahmatçı öz zəkasını sınayırdı.Yarış dairəvi sistem üzrə keçirildi.Hər qrupda I,II yerlərə layiq görülən şahmatçılara Ağsu rayon Gənclər və İdman idarəsinin qiymətli hədiyyələr, III yerlərə layiq görülən şahmatçılara isə yalnız diplomlar təqdim olundu.

Əliqasım Məmmədov




Facebook-da paylaş