Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Taekvondo üzrə Qran-Pri yarışlarının final mərhələsi



Taekvondo idman növünün 2017-ci il Qran-Pri yarışlarının final mərhələsi keçiriləcək. Rusiyanın paytaxtı Moskva şəhərində startı verilən Qran-Pri turniri Mərakeş və Böyük Britaniyanın ardından, Fil Dişi Sahilin Ədibcan şəhərində başa çatacaq.

BrendSport.az saytı Azərbaycan Taekvondo Federasiyasına istinadən xəbər verir ki, yarışda mübarizə aparmaq üçün kişilərdən ibarət milli yığma komandamızın dörd üzvü bu gün Əbidcana yollanır. Belə ki, Dünya Taekvondo Federasiyasının Olimpiya reytinq cədvəlində ilk pillədə yer alan idmançılarımızdan Radik İsaev (+80 kq 437.70 ) və Milad Beigi Hərçəqani (-80 kq 472.36 xal), eləcə də 207.69 xalla 7-ci pillədə qərarlaşan Ayxan Tağızadə, 161.94 xalla 15-ci olan Məhəmməd Məmmədov (hər ikisi -68 kq) mükafatlar uğrunda döyüşlərə qatılacaq. Yarışlar 2-3 dekabr tarixlərində keçiriləcək. Qeyd edək ki, qalib idmançı aktivinə 80, ikinci yer 48, üçüncü yerə sahib olan isə 28.8 reytinq xalı əlavə etmiş olacaq.

Baş məşqçilər Reza Mehmandoust, Elnur Amanov və böyük məqşi Rəşad Əhmədovun rəhbərliyi ilə turnirə yollanan taekvondoçularımız dekbırın 5-də Vətənə dönəcək.

Alxas


Facebook-da paylaş

Xəbəri paylaş