Faydalı saytlar


Reklam



FIDE yeni reytinq siyahısını açıqlayıb

FIDE yeni reytinq siyahısını açıqlayıb

Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2021-ci il aprelin 1-nə olan reytinq siyahısını açıqlayıb.
BrendSport.az xəbər verir ki, dünya reytinqinə görə, ilk onluqda qərarlaşan şahmatçılarımız Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun mövqeləri dəyişməz qalıb. Belə ki, Ş.Məmmədyarov (2770) səkkizinci, dünya kubokunun qalibi Teymur Rəcəbov (2765) isə onuncu yerdədir. Digər şahmatçılarımız – 3 pillə irəliləyən Nicat Abbasov 2665 xalla 72-ci pilləyə yüksəlib, Qədir Hüseynov isə 1 pillə geriləyərək 2665 xalla 73-cü pillədə qərarlaşıb. Rauf Məmmədov (2654 xal) isə 90-cı sıradadır.
Kişi şahmatçıların siyahısına norveçli dünya çempionu Maqnus Karlsen (2847) başçılıq edir.
Qadın şahmatçılardan Günay Məmmədzadə (2443) 28-ci, Gülnar Məmmədova (2382) 79-cu, Xanım Balacayeva (2376) 89-cu yerdədirlər.
Qadın şahmatçılar arasında isə çinli Yifan Hou (2658) ən yüksək reytinq xalına malikdir.



Facebook-da paylaş