Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



UEFA: Koronavirus üçüncü avrokubok turnirinə təsir etməyəcək




Koronavirus pandemiyası 2021/2022 mövsümündə başlamalı olan üçüncü avrokubok turniri Konfrans Liqasına təsir etməyəcək.

BrendSport.az xəbər verir ki, bu barədə UEFA-nın prezidenti Aleksander Çeferin "The Guardian" nəşrinə açıqlamasında bildirib. Sloveniyalı funksioner turnirin təyin olunan vaxtda başlayacağını və təxirə salınmayacağını söyləyib.

2018-ci ildə FIFA prezidenti Canni İnfantino böyük investorların 24 komandanın iştirakı ilə 2021-ci ildə başlamalı olan yenilənmiş klublararası dünya çempionatını keçirməyə böyük sərmayə qoymağa hazır olduqlarını açıqlayıb.

Çeferin isə daha öncə məsələ ilə bağlı "Bu, futbolun ölümü anlamına gələ bilər" deyib. UEFA prezidenti növbəti dəfə həmin mövzu barədə danışıb: "Düşündüyüm şey turnirin necə təqdim olunması idi. Bu, sanki hansısa şirkətin turniri satın alacağı və bütün turnirin satılacağı kimi təqdim edildi. Əlavə məlumatımız yox idi, indi də çox məlumatlı deyiləm. Şirkət yoxa çıxdı, bu fikrin indi hansı istiqamətdə olduğunu bilmirəm. Bu barədə müzakirə aparmadıq. Hazırda dünya çempionatı üçün narahatlıq görmürəm".

Qeyd edək ki, daha əvvəl UEFA-nın martda dayandırılmış 2019/2020 avrokubok mövsümünü avqustun sonlarınadək başa vuracağı bildirilib.



Report


Facebook-da paylaş

Xəbəri paylaş