Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



FIFA: 2018-ci il dünya çempionatının təşkilatçısı kimi Rusiyanın seçilməsi üzrə təhqiqat dürüst aparılıb



“The Insider” portalı oktyabrın 29-da “Black Mirror” teleqram-kanala istinadla bildirib ki, Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) 2018-ci ildə futbol üzrə dünya çempionatının keçirildiyi yer kimi Rusiyanın seçilməsi prosedurunu hərtərəfli təhqiq edib.

BrendSport.az TASS agentliyinə istinadla xəbər verir ki, “Rusiya-2018” təşkilat komitəsinin dünya çempionatına ev sahibliyi edəcək ölkənin seçilməsi zamanı Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasından olan məmurlar barəsində dosye hazırlayıb. Bu sənədlərdə həmin məmurlardan razılıq almaq üçün onlara təsir göstərməyin müxtəlif variantları öz əksini tapıb. Bildirilir ki, beynəlxalq təşkilatın nümayəndələrinə maliyyə mükafatları müqabilində onların razılığını almaq mümkün olub.

FIFA-da deyiblər: “2018-ci və 2022-ci illərdə futbol üzrə dünya çempionatlarının keçirildiyi yerin seçilməsi prosesinə gəldikdə, bildiyiniz kimi, FIFA-nın etika komitəsinin istintaq palatasının keçmiş rəhbəri Maykl Qarsia hərtərəfli təhqiqat aparıb və onun çıxardığı nəticələr dərc olunmuş məruzədə əks olunub”.

2018-ci və 2022-ci illərdə dünya çempionatlarının təşkilatçılarının seçilməsində qanunilik məsələsi üzrə FIFA-nın apardığı təhqiqatın nəticələri 2014-cü ilin noyabr ayında dərc edilib. Bu nəticələrin tam versiyası 2017-ci ilin iyun ayında elan olunub. FIFA-nın etika komitəsinin istintaq palatasının keçmiş rəhbəri Maykl Qarsianın məruzəsində bildirilir ki, 2018-ci il dünya çempionatına ev sahibliyi etmiş ölkənin seçiminə təsir göstərilməsi barədə sübutlar yoxdur.

Qarsianın məruzəsində qeyd edilir ki, sifarişləri araşdıran komitə FIFA-nın İcraiyyə Komitəsinin üzvləri ilə bəzi əlaqələri təsdiqləyə bilməyib. Bununla belə, FIFA İcraiyyə Komitəsinin üzvləri ilə qarşılıqlı fəaliyyət nəticəsində seçkilərin gedişinə təsir göstərmək cəhdini sübut edən faktlar yoxdur.

Qarsianın təhqiqatında FIFA əməkdaşlarına hədiyyələr verilməsini, onların mükafatlandırılmasını və ya bu şəxslərə xidmət göstərilməsini qadağan edən qaydaların pozulması aşkar edilməyib.


Facebook-da paylaş

Xəbəri paylaş