Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



DÇ-2018: Millimizin son oyunu Almaniyada - YENİLƏNİR

 Millimizin son oyunu Almaniyada

Bu gün DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasında sonuncu tura start veriləcək. 3 qrupda qarşılaşmalara yekun vurulacaq.

Azərbaycan millisinin də yer aldığı C qrupunda da son görüşlər baş tutacaq. İlk iki yerin sahibi müəyyənləşdiyindən X tur formal xarakter daşıyacaq.

Robert Prosineçkinin yetirmələri qrupdakı son matçını səfərdə keçirəcək. Yığmamız Almaniya ilə görüşəcək. Keçirdiyi bütün qarşılaşmalarda qələbə qazanan Bundestim artıq mundiala vəsiqəni təmin etsə də, seçmə mərhələni 100 faizlik nəticə ilə başa vurmaq iddiasındadı.

Bu üzdən son iki səfər oyununda xal qazana bilməyən millimizin möcüzə şansları da çox aşağıdı. Çünki Yoahim Lövün yetirmələri formal xarakterli matça da 3 xal üçün çıxacaq.

İndiyədək Bundestimlə keçirdiyi bütün görüşlərdə uduzan komandamız üçün matç təksə tsiklin deyil, həm də ilin son oyunudu. Noyabr üçün yoxlama oyunu nəzərdə tutulmadığından Almaniya ilə görüşlə 2017-ci ilə də yekun vurulacaq.

Milli karyerasını başa vuran Rəşad Sadıqovun yoxluğundakı ilk görüşdə müdafiə xəttinin lidersiz durumuna da aydınlıq gələcək. Dünya çempionu qarşısında imtahan həm də baş məşqçi Robert Prosineçki üçün son sınaqdı. Müqaviləsi ilin sonunda başa çatan xorvatiyalı ilə anlaşmanın uzadılması gözlənilən deyil.

Seçmə mərhələni əksər vaxtlarda olduğu kimi yenə 5-ci sırada bitirməyə yaxın olan millimiz yalnız sensasiya ilə mövqeyini dəyişə bilər. Amma bunun real görünməməsi o anlama gəlir ki, komandamız yalnız San-Marinonu qabaqlayacaq.

Qeyd edək ki, Almaniya – Azərbaycan matçı Kayzerslautern şəhərində keçiriləcək.

DÇ-2018-in seçmə mərhələsi

Avropa zonası, C qrupu

X tur, 8 oktyabr

22:45. Almaniya – Azərbaycan


Facebook-da paylaş

Xəbəri paylaş