Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Bavariya” “Borussiya Dortmunt”u darmadağın edərək vahid liderə çevrilib



Aprelin 6-da futbol üzrə Almaniya çempionatının 28-ci turunun mərkəzi qarşılaşması oynanılıb.

BrendSport.az xəbər verir ki, turnir cədvəlinin lideri “Borussiya Dortmunt” səfərdə ikinci pillədə qərarlaşan “Bavariya” komandasını qəbul edib.

Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə başa çatıb - 5:0.

Münhen təmsilçilərinin heyətində Mats Hummels (10), Robert Levandovskiy (17, 70, 89), Xavi Martinez (41) və Serge Qnabdi (43) fərqləniblər. Bu qələbə sayəsində “Bavariya” 64 xalla turnir cədvəlində vahid liderə çevrilib, “Borussiya Dortmunt” isə bir xal az toplayaraq ikinci pilləyə geriləyib.


Facebook-da paylaş

Xəbəri paylaş