Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Barselonadakı trasla müqavilənin müddətinin 2020-ci ilədək uzadılması barədə danışıqlara hələ başlanmayıb

Barselonadakı trasla müqavilənin müddətinin 2020-ci ilədək uzadılması barədə danışıqlara hələ başlanmayıb
Formula 1 çempionatının Barselonada təşkil olunan İspaniya Qran-Prisinin keçirildiyi trasın prezidenti Vinçense Agilera qeyd edib ki, bu yaxınlarda trasla müqavilənin müddətinin uzadılması barədə danışıqlara başlanılacaq.

BrendSport.az xəbər verir ki, o, həmçinin avtodrom səhmdarlarının tələblərindən də danışıb.
“Biz rəhbərliklə ünsiyyət qururuq, lakin hələ ki, danışıqlar aparmırıq. Bu, yaxın vaxtlarda baş tutmalıdır. Mən nikbinliyə köklənmişəm. Çünki hamı razılığa gəlməkdə maraqlıdır. Səhmdarlar bir sıra şərtlər irəli sürüblər.
Bizim əsas məqsədimiz gəlirləri artırmaq və xərcləri azaltmaqdır. 2018-ci ildə bizim əhəmiyyətli dərəcədə itkilərimiz olub. Biz daha buna dözmək istəmirik. Danışıqlar mövsümün sonunda – təqvimin dərc edildiyi vaxt deyil, daha tez başa çatmalıdır”, - deyə “Nextgen-Auto” Vinçense Agileradan sitat gətirir.


Facebook-da paylaş

Xəbəri paylaş