Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Konor Makqreqor ilə Donald Serrone arasında döyüş keçirilməyəcək



Qarışıq növlər (MMA) üzrə döyüşçü, irlandiyalı Konor Makqreqor ilə döyüşçülərin mütləq çempionatında (UFC) qələbələrin sayına görə rekordçu, amerikalı Donald Serrone arasında döyüş böyük ehtimalla baş tutmayacaq.

[b]BrendSport.az
“Sport.ua”ya istinadla xəbər verir ki, UFC prezidenti Dan Uayt Konor Makqreqorun Donald Serrone ilə qarşılaşmayacağını bildirib. O, Makqreqorun yalnız Həbib Nurmaqomedovla döyüşmək istədiyini vurğulayıb.

Qurum rəsmisi söyləyib ki, Donald Serrone ilə görüşündə idmançı onun üçün döyüş təşkil etməyi xahiş edib. UFC prezidenti bu qarşılaşma üçün idmançı axtardıqlarını, böyük ehtimalla onun D.Serronenin rəqibinin El Laquintanın olacağını bildirib.

Qeyd edək ki, Konor Makqreqor Həbib Nurmaqomedova məğlub olub. D.Serrone isə Aleks Ernandesi məğlub edib.


Facebook-da paylaş