Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



O, həqiqətən, böyük futbolçu olacaq – Alleqri



İtaliya A Seriyasının son turunda “Kyevo”ya 3:0 hesabı ilə qalib gələn “Yuventus”un baş məşqçisi Massimiliano Alleqri, oyunla bağlı fikirlərini bölüşüb.

BrendSport.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssis diqqətsiz oynasalar da, vacib qələbə qazandıqlarını bildirib:

“Futbolçular bəzən diqqətsiz oynadılar, amma buna baxmayaraq, onlar bacarıqlarını göstərdilər. Sadəcə, bir qol şansını qaçırdıq”.

İtaliyalı mütəxəssis oyunda iki məhsuldar ötürmə verən Paulo Dibala və Sami Kxediranın zədəsi haqqında da danışıb:

“Dibaladan belə oyun izləmək xoşdur. O, qol vura bilmədiyi üçün xəyal qırıqlığı yaşaya bilər, amma o, həqiqətən, böyük futbolçu olacaq. Sami Kxediranın isə dizində zədəsi var. Yaxın zamanda zədəsinin nə dərəcədə ciddi olduğunu biləcəyik”.


Facebook-da paylaş