Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Afrika Futbol Konfederasiyası 2018-ci ilin ən yaxşısı adına namizədləri açıqlayıb



Afrika Futbol Konfederasiyası (CAF) 2018-ci ilin ən yaxşı futbolçularının adlarını açıqlayıb.

BrendSport.az , TASS agentliyinə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubunda forma geyən nigeriyalı Əhməd Musa, “Liverpul”un misirli hücumçusu Məhəmməd Salah və “Arsenal”ın əsas qol silahı sayılan qabonlu Pyer-Emerik Obameyanq 2018-ci ildə Afrikanın ən yaxşı futbolçusu adına namizədlər siyahısında yer alıblar.

Siyahıya ümumilikdə 34 namizədin adı daxil edilib. Ə.Musa və M.Salah milli komandalarının heyətində bu il Rusiyada keçirilən dünya çempionatında iştirak ediblər. M.Salah, həmçinin “Liverpul”un 2017-2018-ci il mövsümündə UEFA Çempionlar Liqasının finalına qədər irəliləməsində mühüm rol oynayıb.

Yanvarda Almaniyanın “Borussiya Dortmund” klubundan “Arsenal”a keçən Pyer-Emerik Obameyanq bu mövsüm London təmsilçisinin heyətində keçirdiyi 17 oyunda 10 dəfə fərqlənib və bir məhsuldar ötürmə ilə yadda qalıb.


Facebook-da paylaş

Xəbəri paylaş