Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

Hallalıq brendi - PAYIM KOLBASALARI

VİDEO Bütün Xəbərlər

Şamaxı Olimpiya İdman Kompleksinin direktor əvəzi Səbuhi Qarayevin müsahibəsi




İlin ən yaxşıları açıqlandı: Messi "üçlüy"ə düşmədi



Məşhur Goal.com saytı 2018-ci ilin ən yaxşı futbolçularının adlarını açıqlayıb. "Real"ın və Xorvatiya millisinin üzvü Luka Modriç birinci olub. Onu az səslə bu yay "Real"ı "Yuventus"a dəyişən portuqaliyalı Kriştiano Ronaldo izləyir. İlk "üçlüy"ü "Liverpul"un misirli hücumçusu Məhəmməd Salah qapayır.

Fransa millisinin və PSJ-nin gənc ulduzu Kilian Mbappe dördüncü, "Barselona"nın argentinalı üzvü Lionel Messi beşinci olub.

Qeyd edək ki, bundan əbbəlki iki ildə Goal.com Kriştiano Ronaldonu ən yaxşı seçmişdi.

Onu da qeyd edək ki, Goal.com ən yaxşıları 42 nəşrin baş redaktorları və müxbirləri arasında keçirilən səsvermənin nəticələrinə əsasən müəyyənləşdirir.


Facebook-da paylaş