Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan-Kosovo oyunundan sonra məşqçilər danışdı



Bu gün UEFA Millətlər Liqasında ilk matçına Azərbaycan yığması Kosovo yığması ilə qarşılaşıb.

D Liqasının 3-cü qrupunda yer alan komandaların görüşündə hesab açılmayıb.

Bakı Olimpiya Stadionunda baş tutan oyun millinin baş məşqçisi Qurban Qurbanov ilk rəsmi sınağı idi.

Görüşdən sonra mütəxəssis matç haqda fikirlərini səsləndirib.

"Ağır oyun oldu. Bunu gözləyirdik. Fərdi qaydada rəqibin çox bacarıqlı futbolçuları var. Məhz bunun sayəsində də top daha çox onlarda qalırdı.
Xüsusən də ilk hissədə bizə çətin oldu.

Futbolçularım çox güc sərf etdilər və onların oyun intizamından razı qaldım. Ehtiyatlı oyuna hər iki komanda üstünlük verirdi. İlk hissədə rəqibin hücumlarının qarşısını alırdıq. Oyun təcrübəsinin azlığı bizim üçün çətinlik yaradırdı. Start heyəti qurarkən də ən hazırlıqlı olanları meydana buraxmışdım.

Mən məğlub olmaqdan qorxmuram. Kimə qarşı oynadığımızı da bilirdik. Oyunumuzu qorxaq adlandırmazdım. Futbolçularıma da inanıram. Gələcək oyunlarda da daha yaxşısına çalışacağıq.

Rəqibin oyununu taktiki cəhətdən analiz etmişdik. Amma oyunçuların oynadığı çempionatın səviyyəsi aşağıdısa, bu da özünü göstərməlidi. Bundan bəhanə kimi yararlanmaq istəmirəm. Bəzən ustalıqda uduza bilərik, texniki səhvlər ola bilər. Bununla belə sona qədər mübarizə apara bilirik.

Cavid İmamverdiyevin gələcəkdə meydana çıxması mümkündü. İki gün sonrakı oyuna daha da hazırlıqlı olarsa, ondan yararlana bilərik.
Taktiki dəyişiklikdən danışarkən yenə də rəqibin oyunçularının səviyyəsi və fərdi bacarığını nəzərə almalıyıq.

Nəyə hazırlaşmışıqsa, onu da təkmilləşdirməliyik. İkinci hissədə də bunu bacardıq. Sona qədər mübarizə aparmalıyıq. Məğlub olsaydıq belə, şansımız var.

Almeydanın gerilədiyini söyləyə bilmərik. Həmişəki kimi sərbəst oynayırdı, ondan razı qaldım", deyə mütəxəssis fikirlərini dilə gətirib.




Matçdan sonra rəqib komandanın baş məşqçisi Bernard Şalland da oyun haqda fikirlərini səsləndirib.

"Nəticədən nararazı qalmadım. Amma bir xala görə xoşbəxt deyiləm. Meydanda iki bərabərsəviyyəli komanda mübarizə apardı, amma fərqli tərzdə. Azərbaycan millisi daha çox topla oynamağa çalışdı.

Rəqibin heyətində Almeyda kimi ağıllı yarımmüdafiəçi var. O, bu gün də yaxşı oynadı. Mən öz komandamın hücumçularından narazı qaldım. Bilirəm ki, bundan da yaxşı oynaya bilərik. Topu çox gec irəli ötürürdük.

Yoxlama görüşü yox, əsl mübarizə izlədik. Bunu qiymətləndirməsəm, komandalara hörmətsizlik edərəm. Qısa və sütətli ötürmələrlə oynaya bilərdik. Amma rəqibimiz bunu həyata keçirməyə imkan vermədi.

Fikrimdə qalıram, Azərbaycan yaxşı komandadı. Burdan bir xalla ayrılmışıqsa, üzülməməliyik. Rəqibimiz yaxşı pressinq edir, bizim oynumuzu pozurdu.
Hər iki komandanın qol fürsəti oldu, amma bir xal da qənimətdi. Elə iki komanda üçün də", deyə mütəxəssis oyuna şərh verib.


Facebook-da paylaş

Xəbəri paylaş