Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Arda rəsmən “Başakşəhər”də - FOTO



Arda Turanın “Başakşəhər”ə keçidi rəsmiləşib. Türkiyə mətbuatına istinadən yayılan məlumata görə, 31 yaşlı futbolçunun təqdimat mərasimi təşkil edilib.

Klub prezidenti Göksəl Gümüşdağ və sponsorların qatıldığı tədbirdə Türkiyə millisinin üzvü 2,5 illik müqaviləyə qol çəkib. “Barselona”dan icarəyə götürülən Ardanın cari mövsümün ikinci dövrəsindəki məvacibi 2 milyon avro olacaq.

Onun növbəti iki ildə illik maaşı isə 4 milyon avro təşkil edəcək. Anlaşmaya əsasən, “Barselona” gələn il futbolçunu başqa kluba satarsa, transfer haqqının 20 faizi “Başakşəhər”ə veriləcək. İstanbul təmsilçisi Türkiyə çempionu olacağı təqdirdə isə ispanlara 300 min avro bonus ödəyəcəklər. Yeni transfer “Başakşəhər”də 14 nömrəli forma altında çıxış edəcək.
Təqdimat mərasimində çıxış edən ulduz futbolçu xoşbəxt olduğunu bildirib: “Arzuladığım çempionluqları əldə etdim. İndiki müqavilə mənə “Atletiko”ya getdiyim günləri xatırlatdı. Yenidən futbol oynayacağım üçün çox həyəcanlıyam. Çempionluğa ən real namizədlərdən biri olduğumuzu düşünürəm. “Başakşəhər”lə birlikdə yenidən avrokuboklarda iştirak etmək istəyirəm”.

Qeyd edək ki, Arda Turan “Barselona”ya 2015-ci ildə “Atletiko”dan keçmişdi.

Apasport.az


Facebook-da paylaş

Xəbəri paylaş