Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Masallıda XXIII ənənəvi Respublika turniri keçirilib



Masallı Olimpiya Kompleksində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Güləş Federasiyası və Masallı rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycanın Respublikasının əməkdar məşqçısı , SSRİ– idman ustası Nadir Yaqub oğlu Ağayevin xatirəsinə həsr olunmuş Yunan-Roma güləşi idman növü üzrə yeniyetmələr arasında XXIII ənənəvi Respublika turniri keçirilmişdir.

Masallı rayon Gənclər və İdman idarəsindən BrendSport.az saytına verilən məlumata görə, tədbirin açlış mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək turnirin əhəmiyyətindən və ölkə rəhbərliyinin idmana göstərdiyi diqqət və qayğıdan danışaraq qeyd etdi ki, Ölkədə digər sahələr də olduğu kimi idman sahəsində də sürətlə inkişaf edir. Keçirilən hər bir yarışın əhəmiyyəti , idmanın kütləviliyinin artırılması üçün vacib amildir. Məhz bu idman yarışlarının gənclərin gələcəkdə çalışdığı sahədən asılı olmayaraq sağlam böyüməsinə şərait yaradacığına inandığını diqqətə çatdıraraq idmançılara uğurlar diləmişdir.

Tədbirdə Masallı rayon İcra hakimiyyətinin məsul işçisi Qəşəm Hadıyev çıxış edərək cənab başçı Rafil Hüseynovun adından gələn qonaqları və idmançıları salamlamış və cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə idmanın bütün növlərinin, həmçinin güləş idman növünün inkişafına diqqət və qayğı göstərildiyini bildirmişdir.

Tədbirdə Rusiya Güləş Federasiyasının vitse Prezidenti Məşur Qasımov çıxış edərək Azərbaycanın Respublikasının əməkdar məşqçısı , SSRİ– idman ustası Nadir Yaqub oğlu Ağayevin keçdiyi həyat yolundan və qazandığı uğurlardan danışaraq, tədbirin təşkil olunmasında əziyyət çəkən bütün insanlara öz dərin minnətdarlığını bildirərək, idmançılara uğurlar arzulamışdır

Daha sonar tədbirdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Əməkdaşı Tofiq Eyvazov, , Azərbaycan Güləş Federasiyasının vitse Prezidenti şöhrət ordenlı Elçin Cəfərov çıxış edərək yarışın yüksək səviyyədə təşkilinə, idmançılar üçün yaradılan şəraitə görə öz minnətdarlığlarını bildirərək, güclərini sınamaq üçün gəlmiş bütün güləşçiləri təbrik etmiş və hər bir iştirakçıya uğurlar diləmişlər.

İki gün davam edən turnirdə UGİM-ri , İdman cəmiyyətləri və İdman klublarından 20-dən artıq komandadan 200 nəfərdən artıq idmançının iştrak etdiyi yarışda qalib gəlmiş idmançılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom , medal və sponsorlar tərəfindən qiymətli hədiyyələrlə təltif olunmuşdur.

Alxas Məmmədov



Facebook-da paylaş

Xəbəri paylaş