Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Sumqayıtda Xəzəryanı və Qara dəniz ətrafı ölkələrin karate çempionatı keçirilib



1-3 dekabr tarixlərində Sumqayıt Olimpiya İdman Mərkəzində karate üzrə Xəzəryanı və Qara dəniz ətrafı ölkələrin növbəti çempionatı keçirilib.
Turnirin ilk günündə 7-12 yaşlı uşaqlar mübarizə aparıblar. Dekabrın 2-də yeniyetmələr, gənclər və veteranlar yarışa qoşulublar.

Çempionatın sonuncu günündə isə böyüklər tatamiyə çıxıblar. Yarışda Azərbaycan, Türkiyə, İran, Rusiya, Qazaxıstan və Gürcüstan komandaları mübarizə aparıblar.

Siyavuş Bayramovun rəhbərliyi ilə Zəngilan rayonunun idmançıları da karate idman növü üzrə keçirilən yarışlarda uğurla çıxış edərək yüksək nəticələr əldə ediblər.

Belə ki, Babək Qələmzadə I yerə, Nuray Bayramlı, Xasay Məhərrəmov 10 yaş kateqoriyasında, Səmra Məmmədli, Aslan İsmayılov 12 yaş, Nərmin Xəlilova 14 yaş kateqoriyasında II yerə, Nihat Zeynalov 10-11 yaş, Turan Cəbrayılov və Vüsal Seyidov 12-13 yaş kateqoriyasında III yerə layiq görülüb.


Facebook-da paylaş

Xəbəri paylaş