Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

İbrahim Şehiç: Qarabağ Azərbaycandır


Türkiyənin “Konyaspor” futbol klubunun qapıçısı İbrahim Şehiç Azərbaycan Ordusuna dəstək nümayiş etdirib.
BrendSport.az xəbər verir ki, bosniyalı qapıçı şəxsi “Instagram” hesabında bununla bağlı paylaşım edib: “Dualarım sizinlədir, əziz dostlarım. Qarabağ Azərbaycandır”.
Otuz bir yaşlı futbolçu 2013-2018-ci illərdə “Qarabağ”da çıxış edib.


“Böyük Dəbilqə”nin qalibi mükafatını Silahlı Qüvvələrə Yardım Fonduna köçürəcək

“Böyük Dəbilqə”nin qalibi mükafatını Silahlı Qüvvələrə Yardım Fonduna köçürəcək

Allah bütün şəhidlərimizə rəhmət eləsin. Mən bu medalı şəhidlərimizə həsr edirəm.
BrendSport.az xəbər verir ki, bu sözləri Budapeştdə keçirilən “Böyük Dəbilqə” turnirində böyük uğura imza ataraq qızıl medal qazanan Azərbaycan cüdoçusu Rüstəm Orucov deyib.
O qeyd edib ki, qazandığı mükafatı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna köçürəcək: “Burada qazandığım mükafatı əsgər və zabit qardaşlarımıza göndərəcəyəm. Qarabağ Azərbaycandır!”.
Qeyd edək ki, R.Orucov “Böyük dəbilqə” turnirində finala qədər Monqolustan, Bolqarıstan, Rusiya və İsveç təmsilçiləri üzərində inamlı qələbə qazanıb. Finalda İsveçrə təmsilçisini məğlub edən Olimpiya mükafatçısı qürurla əsgər salamı verib.


Facebook-da paylaş