Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Ümumdünya Kapoeyra Federasiyası Azərbaycan idmançıları və xalqı ilə həmrəy olduğunu açıqlayıb

Ümumdünya Kapoeyra Federasiyası Azərbaycan idmançıları və xalqı ilə həmrəy olduğunu açıqlayıb


Ümumdünya Kapoeyra Federasiyası (ÜKF) Azərbaycanın öz ərazi bütövlüyünün bərpası uğrunda apardığı mübarizədə idmançılarımız və xalqımız ilə həmrəy olduğunu bildirib.
BrendSport.az saytı xəbər verir ki, bunu Azərbaycan Kapoeyra Federasiyasının (AKF) prezidenti Günel Muradova AZƏRTAC-a məxsusi müsahibəsində deyib.
Bununla əlaqədar ÜKF-in prezidenti Paulao Sales Neto Azərbaycan Gənclər və İdman naziri Azad Rəhimova məktub ünvanlayıb. Məktubda dost ölkəmizin kapoeyranın inkişafında misilsiz töhfəsi olduğu, Azərbaycan xalqının və AKF idmançıların da ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində apardığı mübarizədə həmrəylik ifadə edilib və əsgərlərimizin tezliklə sağ-salamat geri qayıtmaları arzusu qeyd olunub.
G.Muradova, qeyd edib ki, rəsmi açıqlanmasa da, oktyabrda keçirilməsi nəzərdə tutulan “Joga Legal U-18” onlayn beynəlxalq turnirinin təxirə salınmasını məhz bununla əlaqədardır.
Qeyd edək ki, oktyabrda keçirilməsi nəzərdə tutulan onlayn “Joga Legal U-18” beynəlxalq turnirində ölkəmizi 11 idmançı - Dilqəm İsmayılov, Əli Hüseynov, Azər Orucov, Rauf Süleymanov, Cavidan Pənahlı, Cəfər Usubov, Turan Eldarov, Zülfüqar Zeynallı, Zülfü Rzayev, Gülçöhrə Abbasova və Xədicə Zeynallı təmsil etməli idi. Yarışın noyabrın 25-də keçirilməsi nəzərdə tutulub.


Facebook-da paylaş

Xəbəri paylaş