Faydalı saytlar


Reklam



“Qalatasaray” Latovleviçlə müqavilənin şərtlərini açıqlayıb

“Qalatasaray” Latovleviçlə müqavilənin şərtlərini açıqlayıb

Türkiyənin “Qalatasaray” klubu “Karabükspor”un futbolçusu Yasmin Latovleviçlə rəsmi müqavilə bağlayıb.

İstanbul klubunun rəsmi saytının yaydığı xəbərə görə, 31 yaşlı rumıniyalı sol cinah müdafiəçi üçün qarşı tərəfə 550 min avro ödənib.

“Qalatasaray”la 1+1 şərti ilə anlaşma əldə edən Latovleviçin illik əmək haqqı 750 min avro olacaq. Həmçinin rumıniyalı oyunçu komandasının Türkiyə Super Liqasında qazanacağı hər bir xal üçün 4 min avro bonus alacaq. “Cim-Bom” ölkə çempionu olacağı təqdirdə, müdafiəçinin illik mükafatına ümumi məbləğin 25 faizi də əlavə olunacaq.

33 nömrəli formanı geyəcək serb əsilli futbolçu 2017/2018 mövsümündə 18 oyunda meydana çıxacağı halda, (Türkiyə Superliqası və Türkiyə Kuboku), eyni şərtlər növbəti mövsüm üçün də keçərli olacaq.

Qeyd edək ki, Rumıniya millisinin heyətində 12 oyun keçirən Yasmin Latovleviç daha əvvəl vətənində “Politexnika”, “Timişoara”, “Qloriya”, “Styaua” və Türkiyənin “Gənclərbirliyi” klublarının formasını geyinib. O, ötən mövsüm “Karabükspor”un heyətində 30 matça çıxıb və 3 qol vurub.


Facebook-da paylaş