Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Qarabağ” “Rusenborq”u məğlub etdiyi vaxtdan yadımda qalmışdı" - Elyunussi

	  “Qarabağ” “Rusenborq”u məğlub etdiyi vaxtdan yadımda qalmışdı" - Elyunussi

“Qarabağ” “Rusenborq”u məğlub etdiyi vaxtdan yadımda qalmışdı"
Bu gün “Qarabağ”ın yeni transferi Tarik Elyunussi Azərbaycana gələrək komandaya qoşulub.

Norveçli yarımmüdafiəçi klubun rəsmi saytına açıqlamasında "Qarabağ"a keçidi haqda fikirlərini bildirib:

“Azərbaycanın ən güclü komandasına gəldiyim üçün xoşbəxtəm. Bu komandadan təklif gələndə təəccüblənmədim. Hətta “Qarabağ” “Rusenborq”u məğlub etdiyi vaxtdan yadımda qalmışdı. “Qarabağ”ın gücü bəllidir, bu mövsüm Azərbaycan futbol tarixində ilk dəfə Çempionlar Liqasında mübarizə aparacaq. Güclü qrupda yer almışıq. Amma buna baxmayaraq, əlimizdən gələni edəcəyik ki, “Qarabağ”ı layiqincə təmsil edək. Buna inanıram".

Mərakeş əsilli futbolçu Ağdam klubunun yarımmüdafiə xəttində güclü rəqabət olacağını qeyd edib: "Komandanın son günlərdə hücumameyilli futbolçular transfer etdiyini bilirəm. Bu rəqabət ancaq komandanın xeyrinə olacaq, keyfiyyətin artmasına kömək edəcək. Mən də “Qarabağ”ın uğur qazanmasını üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacam”.

Qol.az


Facebook-da paylaş

Xəbəri paylaş