Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Dünyanın ən güclü klublarının reytinq siyahısı açıqlanıb



“Clubworldranking”in tərtib etdiyi cədvəldə Azərbaycanın 4 komandası yer alıb.

Klublarımız arasında ən yaxşı nəticə yenə “Qarabağ”dadı. Azərbaycan Premyer Liqasının liderinin hesabında 1169 xal var. Ağdam təmsilçisi planetin 532-ci komandasıdı. “Qarabağ” son siyahı ilə müqayisədə 5 pillə irəliləyib.

368 xala malik “Keşlə” 755-ci yerdə qərarlaşıb. Paytaxt təmsilçisi 4 rəqibini qabaqlayıb. “Qəbələ” 255 xalla 796-cı yerdədi. Onlar 10 pillə irəliləyiblər. “Zirə”nin isə 217 xalı var və planetin 817-cisidi. Bu komanda da digər 3 klubumuz kimi mövqeyini yaxşılaşdırıb. Zirəlilər 9 pillə qabağa gediblər.

Qeyd edək ki, cədvəlin ilk “üçlüy”ünü yenə ispanlar “zəbt ediblər”. İspaniya “Real”ı 18062 xalla 1-ci, “Barselona” 16198 xalla 2-ci yerdə qaldığı halda, “Atletiko” 3-cü pilləni ələ keçirib. Aktivində 14392 xalı olan madridlilər Braziliya “Qremio”sunu qabaqlayıblar.


Facebook-da paylaş