Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Koutinyonun satılmasında razılıq əldə olundu



"Liverpul" braziliyalı futbolçu Filipp Koutinyonu "Barselona"ya satmağa razılıq verib.

BrendSport.az apasport.az-a istinadən xəbər verir ki, keçidin 160 milyon avro qarşılığında rəsmiləşəcəyi bildirilir.

"Barselona" rəhbərliyi bu vaxta qədər Koutinyoya bir neçə təkliflə müraciət etsə də, ingilislər hər dəfə "yox" cavabını vermişdilər. Lakin Kataloniya klubunun budəfəki təklifindən "mersisaydlılar" imtina edə bilməyiblər. Transferin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir.

Qeyd edək ki, əvvəllər İtaliya "İnter"i, "Vasko da Qama" və "Espanyol" klublarında da oynamış Koutinyo "Liverpul"a 2013-cü ildə transfer olunub. O, "qırmızılar"ın heyətində 182 matçda 42 qola imza atıb.


Facebook-da paylaş

Xəbəri paylaş