Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Çiçarito transferə çıxarılır

Çiçarito transferə çıxarılır

“Vest Hem” hücumçusu Xavyer Hernandesi transferə çıxaracaq.

Bu barədə məlumatı İngiltərə mətbuatı yayıb. Xəbərdə “Vest Hem” rəhbərliyinin və məşqçilər heyətinin mövsümün əvvəlində 18 milyon avro qarşılığında “Bayer”dən transfer edilən Çiçarito ləqəbli futbolçunun oyunundan narazı qaldığı qeyd edilib. London təmsilçisinin baş məşqçisi Devid Moyesin əvvəlki baş məşqçi Slaven Biliçin dövründə transfer edilən meksikalı hücumçunun ayrılmasının əleyhinə olmadığı, onun yerinə yeni forvard istədiyi vurğulanıb.

“Vest Hem”in Çiçarito ilə yanaşı, Andre Ayyu və Endi Kerrolla da yollarını ayıracağı gözlənilir.

29 yaşlı futbolçu cari mövsümdə şans qazandığı 21 matçda 4 qola imza atıb.


Facebook-da paylaş

Xəbəri paylaş