Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Formula 1 pilotları Monakoda xeyriyyə matçında iştirak edəcək

Formula 1 pilotları Monakoda xeyriyyə matçında iştirak edəcək




Mayın 22-də, Formula 1 Qran-Prisi uik-endinə start verilməzdən əvvəl, Monakodakı II Lui stadionunda “Bütün ulduzlar” (“Star Team for the Children MC”) və pilotlardan ibarət “All Star Drivers” komandaları arasında xeyriyyə futbol matçı keçiriləcək.
BrendSport.az xəbər verir ki, “Star Team for the Children MC” komandasının tərkibində tennisçi Novak Cokoviç, hidrosikllərdə yürüşlərin mükafatçısı Liza Battalya, keçmiş futbolçular Flavio Roma, Klod Pyuel, Sebastyen Peres və Qreqori Kampi çıxış edəcəklər.
“All Star Drivers” komandası isə meydançaya Şarl Lekler, Pyer Qasli, Karlos Sayns, Fernando Alonso və gənclər seriyalarının pilotları ilə çıxacaq.
Biletlərin satışından və xeyriyyə hərracından əldə olunan bütün vəsait Uşaq fonduna köçürüləcək.


Facebook-da paylaş

Xəbəri paylaş