Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan Televiziyasında görüş keçirilib



Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov və federasiyanın Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Rövşən Məmmədovla görüşüb.

BrendSport.az saytı xəbər verir ki, qəbul zamanı Y.Bəşirov Azərbaycan Televiziyası və İdman Azərbaycan kanalının ölkə idmanının inkişafında təbliğat və media dəstəyininin yüksək səviyyədə təşkil edildiyini diqqətə çatdırıb. O qeyd edib ki, İdman Azərbaycan kanalında yayımlanan Tokio 2020 Yay Olimpiya Oyunları digər idman növləri ilə yanaşı karate ailəsi tərəfindən də böyük maraqla izlənib. Tamaşaçılara yüksək peşəkarlıqla təqdim edilən bu yayımlardan əlavə, Azərbaycan Televiziyası və İdman Azərbaycan kanalında analitik idman proqramları karate azarkeşlərinin diqqətindən yayınmır və onların rəğbətini qazanıb.

O, ölkə Prezidenti Cənab İlham Əliyev tərəfindən effektli kadr islahatlarının bir nümunəsi kimi Rövşən Məmmədovun bu mötəbər sahəyə rəhbər təyin edilməsini və nəticə etibarı ilə qısa zamanda böyük dəyişikliklər və inkişafa nail olunmasının idman ictiamiyyəti tərəfindən də rəğbətlə qarşılandığını deyib.

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Rövşən Məmmədov rəhbərlik etdiyi televiziya kanalları barədə yüksək dəyərə görə böyük auditoriyanın bir hissəsi olan karate ailəsinə minnətdarlığını ifadə edib. O, ölkə idmanının təbliğinə xüsusi yer ayrıldığını və idman sahəsinin onlar üçün prioritet istiqamətlərdən biri olduğunu, habelə Azərbaycan bayrağını dünyada ucaldan idmançılara hər zaman media dəstək verməkdən məmnunluq duyduqlarını söyləyib.

Görüşün sonunda Y.Bəşirov karate döyüş idman növünün inkişafında təbliğat dəstəyinə görə R.Məmmədova 199 dövlətin üzv olduğu Dünya Karate Federasiyasının (WKF) 3-cü dan fəxri Qara kəmər diplomunu, xatirə medalı və federasiyanın rəmzi hədiyyələrini təqdim edərək, informasiya dəstəyinə görə minnətdarlığını bildirib.


Azərbaycan Milli Karate Federasiyasının Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov


Facebook-da paylaş

Xəbəri paylaş