Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Koronavirusa yoluxmuş üçqat dünya və Avropa çempionu Bayram Əliyevin səhhəti qənaətbəxşdir

Koronavirusa yoluxmuş üçqat dünya və Avropa çempionu Bayram Əliyevin səhhəti qənaətbəxşdir


İyunun 5-də Milli Məclis Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev koronavirusa yoluxmuş pauerliftinq üzrə üçqat dünya və Avropa çempionu Bayram Əliyevin səhhəti ilə bağlı Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının direktoru professor Surxay Musayevlə əlaqə saxlayıb.
BrendSport.az saytı xəbər verir ki, bu barədə AZƏRTAC-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Professor idmançının vəziyyətinin qənaətbəxş olduğunu və yaxın günlərdə evə buraxılacağını bildirib. Adil Əliyev öz növbəsində Surxay Musayevin timsalında bütün tibb işçilərinə minnətdarlığını ifadə edib.
Daha sonra Bayram Əliyevlə danışan Adil Əliyev ona və bütün xəstələrə Allahdan şəfa diləyib, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bu çətin sınaqdan üzü ağ çıxacağını bildirib.
Adil Əliyev bu virusun yaşlı və gənc olmasından asılı olmayaraq, hər kəsi təhdid etdiyini bildirib. Eyni zamanda, idmançıların bu virusa yoluxmasının vəziyyətin ciddiliyinin əyani təsdiqi olduğunu bildirib. Bütün vətəndaşları karantin rejiminin tələblərinə ciddi şəkildə riayət etməyə, evdə qalmağa, zərurət yaranmadığı halda evdən çıxmamağa səsləyib.




Facebook-da paylaş

Xəbəri paylaş