"Sabah" daha bir futbolçusu ilə yollarını ayırıb
Bakının "Sabah" klubu daha bir futbolçusu ilə yollarını ayırıb.
BrendSport.az kluba istinadla xəbər verir ki, Bakı təmsilçisi Elgün Nəbiyev ilə vidalaşıb. İyirmi dörd yaşlı yarımmüdafiəçinin müqaviləsi qarşılıqlı razılaşma əsasında ləğv edilib.
Klub rəhbərliyi futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, "Sabah" daha öncə Marko Deviç, Cavid İmamverdiyev, Kərim Diniyev, Rəşad Eyubov, Məqsəd İsayev və Vadim Abdullayevlə yollarını ayırıb. İstefaya göndərilən baş məşqçi Jelko Sopiçi Visente Qomes əvəzləyib.
Facebook-da paylaş