Azərbaycan həndbol çempionatı: həlledici mərhələdə ilk oyunların təqvimi müəyyənləşib
Kişi həndbolçular arasında Azərbaycan çempionatının həlledici mərhələsində ilk oyunların təqvimi müəyyənləşib.
BrendSport.az xəbər verir ki, XVII turun görüşləri aprelin 20-də təşkil olunacaq.
Əvvəlcə saat 12:00-da “Qarabağ” və “Azəryol” komandaları üz-üzə gələcəklər. Daha sonra “Bakı” ilə “Kür” münasibətlərinə aydınlıq gətirəcəklər. Bu matç saat 14:00-da start götürəcək.
“AHF Arena”da keçiriləcək hər iki görüş federasiyanın rəsmi “facebook” səhifəsi və “youtube” kanalı vasitəsilə canlı yayımlanacaq.
Facebook-da paylaş