Salyanda "İdman həftəsi" çərçivəsində qaçış marafonu keçirilib
Salyanda “5 mart Bədən Tərbiyəsi və İdman günü” münasibəti ilə qaçış marafonu keçirilib.
BrendSport.az xəbər verir ki, marafon şəhərin giriş hissəsindən start götürüb.
Gənc idmançılar şəhərin mərkəzindən meydana qədər olan iki kilometr məsafəni qət ediblər.
Sonra mərkəzi meydanda rayonda fəaliyyət göstərən müxtəlif idman bölmələri üzrə idmançıların nümunəvi çıxışları nümayiş etdirilib.
Tədbirdə respubilka və beynəlxalq səviyyəli yarışlarda yüksək nəticələr göstərmiş bir qrup idmançı Salyan Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edilib.
Facebook-da paylaş