Taekvondo üzrə Azərbaycan çempionatı keçiriləcək
Dekabrın 24-də taekvondo üzrə Azərbaycan birincilikləri və çempionatına start veriləcək.
BrendSport.az xəbər verir ki, 5 gün davam edəcək yarışlar Bakı İdman Sarayında keçiriləcək. Əvvəlcə dayanq üzərinə yeniyetmə idmançılar çıxacaqlar. Dekabrın 26-27-də gənclər arasında Azərbaycanın ən güclü taekvondoçularının adlarına aydınlıq gələcək.
İlə dekabrın 28-də böyüklər və parataekvondoçular arasında ölkə çempionatı ilə yekun vurulacaq. Döyüşlər hər gün saat 09:00-da başlayacaq.
Qeyd edək ki, yeniyetmələr yeni qaydalara uyğun olaraq, çəki ilə deyil, boylarının ölçülərinə görə (148 santimetrdən 180 santimetrədək) müəyyənləşəcəklər. Gənclər 20 çəki dərəcəsində (oğlanlar 45, 48, 51, 55, 59, 63, 68, 73, 78,+78 kiloqramda, qızlar 42, 44, 46, 49, 52, 55, 59, 63, 68, +68 kiloqramda), böyüklər isə 16 çəki dərəcəsində (kişilər 54, 58, 63, 68, 74, 80, 87,+87 kiloqramda, qadınlar 46, 49, 53, 57, 62, 67, 73,+73 kiloqramda) mübarizə aparacaqlar.
Facebook-da paylaş