Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Şahin Diniyev Premyer Liqada 200-cü oyununu keçirib

Şahin Diniyev Premyer Liqada 200-cü oyununu keçirib


“Səbail” klubu Azərbaycan Premyer Liqasının XXXVI turunda “Şamaxı”nı 1:0 hesabı ilə məğlub edib. Bakı klubu bu vacib oyunda uduzmamaqla doqquzuncu yeri tutub.

BrendSport.az
xəbər verir ki, “ASCO Arena”dakı matç paytaxt təmsilçisinin baş məşqçisi Şahin Diniyev üçün də əlamətdar olub. Əlli yeddi yaşlı mütəxəssis Premyer Liqada 200-cü oyununu keçirib.
O, 2001-2002-ci il mövsümündə “Qarabağ-Azərsun”un baş məşqçisi kimi ölkə çempionatında debüt edib. Sonradan “Rəvan” və “Kəpəz”i də çalışdıran mütəxəssis yarışın tarixində 200 və daha çox matça komanda çıxaran 11-ci məşqçidir. Ş.Diniyevin komandaları bu müddətdə 80 qələbə qazanıb, 47 heç-heçə edib və 73 dəfə uduzub.


Facebook-da paylaş

Xəbəri paylaş