Güləşçimiz Rafiq Hüseynov Tokio Olimpiadasında təsəlliverici görüşdə iştirak etmək hüququ qazanıb
Azərbaycan güləşçisi Rafiq Hüseynov Tokio Olimpiadasında təsəlliverici görüşdə iştirak hüququ qazanıb.
BrendSport.az xəbər verir ki, 77 kiloqram çəki dərəcəsində çıxış edən yunan-Roma güləşçimiz ilk görüşündə dünya çempionatının gümüş və Avropa birinciliyinin bürünc mükafatçısı olan isveçli Aleks Kessidisə qalib gəlib. Güləşçimiz dörddəbir finalda Akjol Mahmudova (Qırğızıstan) uduzub. Rəqib finala yüksəldiyi üçün təmsilçimiz təsəlliverici görüşdə iştirak etmək imkanı qazanıb. Onun rəqibi Tunis idmançısı Lamjed Maafi olacaq.
Təsəlliverici görüş avqustun 3-də keçiriləcək.
Facebook-da paylaş