“Pekin-2022” Olimpiadasından əvvəl test yarışları təşkil edilməyəcək
“Pekin-2022” Olimpiadasından əvvəl test yarışları təşkil edilməyəcək
BrendSport.az xəbər verir ki, “Pekin-2022” Olimpiadasının Təşkilat Komitəsi, Beynəlxalq Olimpiya Komitəsi (BOK) və beynəlxalq federasiyalar Çində 2021-ci ilin birinci rübü üçün planlaşdırılan test yarışlarından imtina etmək qərarına gəliblər.
Bunun əvəzinə Çində infrastrukturun hazırlığını yoxlamaq üçün proqrama uyğun sistem tətbiq ediləcək. Buna səbəb koronavirus pandemiyası göstərilir. Hazırda dövlətlər arasında səyahət məhdudiyyətləri səbəbindən xarici idmançıların Pekinə getməsi son dərəcə çətindir. Mütəxəssislərin fikrincə, qarşıdakı aylarda sərhədlər hələ də bağlı olacaq. Buna görə də BOK, Pekin Olimpiadasının Təşkilat Komitəsi və beynəlxalq federasiyalar Oyunların proqramında təmsil olunan hər idman növü üzrə fərdi test proqramları hazırlayıblar.
Bütün bunlara baxmayaraq, BOK və beynəlxalq federasiyalar infrastrukturun qarşıdakı Oyunlara hazırlığını yüksək qiymətləndirirlər. Bütün yarımçıq qalan obyektlərin bu ilin sonunadək istifadəyə veriləcəyi planlaşdırılır.
Facebook-da paylaş