“Olimpiya dünyası” qəzetinin “Qarabağ Azərbaycandır!” rubrikası altında xüsusi nömrəsi dərc olunub
Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) rəsmi nəşri olan “Olimpiya dünyası” qəzetinin “Qarabağ Azərbaycandır!” rubrikası altında xüsusi nömrəsi dərc edilib.
Sentyabrın 27-dən etibarən Dağlıq Qarabağda düşmən təxribatına layiqli cavab vermək üçün əks-hücuma keçən rəşadətli ordumuzun qələbə sorağı bütün xalqımızı ürəkdən sevindirir. Otuz ilə yaxındır işğal altında olan torpaqlarımızın bu günlərdə azad edilməsi xəbərləri bir-birini əvəzləyir.
Azərbaycanda idmanın və Olimpiya Hərəkatının təbliğində özünəməxsus rolu olan “Olimpiya dünyası” qəzeti də döyüşlər başlayan gündən etibarən çoxsaylı oxucularına ordumuzun qələbə soraqlarını çatdırır. Qəzet doğma torpaqlarımızda gərgin döyüşlərin getdiyi günlərdə bütün diqqətini bu istiqamətə yönəldib. “Olimpiya dünyası” qəzetinin 13-19 oktyabr tarixli nömrəsində çoxsaylı oxucularına “Qarabağ Azərbaycandır!” rubrikası altında xüsusi buraxılış təqdim edib. Həmin buraxılış bütövlükdə Qarabağa həsr olunub.
Xüsusi buraxılışda Qarabağ idmanının tarixindən bəhs edən maraqlı faktlar, Qarabağ idmançılarından bəhs edən müəllif yazıları, idman ictimaiyyətinin qələbə sevincini əks etdirən fikirlər, eləcə də, ermənilərin humanitar atəşkəsi pozaraq Gəncədə törətdikləri terror hadisələrinə gəncəli idmançıların kəskin etirazları əksini tapıb.
Facebook-da paylaş