Millimiz Avropa kubokunda 8-ci oldu
Almaniyanın paytaxtı Berlində gənc cüdoçular arasında keçirilən Avropa kuboku başa çatıb. Yarışa 18 (12 oğlan, 6 qız) idmançı ilə qatılan Azərbaycan millisi 3 medal əldə edib.
60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Tofiq Məmmədov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, Avstriya, Kanada, Rusiya, Almaniya, Rumıniya və Qazaxıstan cüdoçularını məğlub edərək Berlində qızıl medala sahib olub. Digər təmsilçilərimiz Rövşən Əliyev (55 kq) və Hasil Cəfərov (73 kq) isə bürünc medal qazanıblar.
Bu nəticə ölkəmizi komanda hesabında 8-ci edib.
Qeyd edək ki, Avropa kubokunda 38 ölkədən 535 (323 oğlan, 212 qız) cüdoçu qüvvəsini sınayıb.
Facebook-da paylaş