Parisdə Azərbaycan himni səsləndi
Fevralın 4-ü Frasanın paytaxtı Paris şəhərində keçirilən Böyük Dəbilqə turnirinin ilk günündə -60 kq. çəki dərəcəsində yarışan Balabəy Ağayev qızıl medal qazanıb.
BrendSport.az xəbər verir ki, cüdoçumuz turnirin finalında fransız idmançı Sedrik Revolu məğlub edib.
Balabəy Ağayev ardıcıl olaraq Matteus Takaki (Braziliya), Tsoqt-Oçir Byambajav (Monqolustan), Temur Nozadze (Gürcüstan) və Kamoliddin Baxtıyarovu (Özbəkistan) geridə qoyub.
Facebook-da paylaş