Norveçin “Rusenburq” klubunun futbolçusu Azərbaycan millisinə dəvət olunub
Antalyada təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətinə daha iki futbolçu dəvət olunub.
BrendSport.az xəbər verir ki, yığmaya “Neftçi”dən Rüfət Abbasov və Norveçin “Rusenburq” klubundan Deniz Mehmetoğlu qoşulub.
Qeyd edək ki, daha əvvəl “Qəbələ”nin futbolçusu Nuğay Rəşidov sənədində olan problemlə əlaqədar (pasportunun istifadə müddətinin sonuna 60 gün qaldığı üçün) komanda ilə birgə səfərə yollana bilməyib.
Facebook-da paylaş