Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan parapauerliftinqçisi Avropa Açıq çempionatında daha iki medal qazanıb



Azərbaycan parapauerliftinqçisi Rəsul Zəkiyev Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa Açıq çempionatında daha 2 gümüş medal qazanıb.

BrendSport.az
xəbər verir ki, 97 kiloqramda çıxış edən idmançı ən yaxşı qaldırmada 126, ümumi qaldırmada isə 358 kiloqram nəticə göstərərək gənclər arasında ikinci yeri tutub.

Yarış Avropa Açıq çempionatı statusu daşıdığından idmançıya əlavə olaraq daha iki gümüş medal təqdim olunub. O, ötən gün də iki gümüş mükafata sahib çıxmışdı.

Daha əvvəl İlhamiz Kərimov (+107 kiloqram) yeniyetmələr arasında ən yüksək göstəriciyə imza ataraq fəxri kürsünün ilk pilləsinə qalxıb.


Facebook-da paylaş

Xəbəri paylaş