Azərbaycanın həndbol millisi Özbəkistanda üçüncü qələbəsini qazanıb
Qadın həndbolçulardan ibarət Azərbaycan millisi Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Mərkəzi Asiyanın Açıq Çempionatında üçüncü qələbəsini qazanıb.
BrendSport.az xəbər verir ki, yığma Qazaxıstan təmsilçisi “Almatı”nı 28:20 hesabı ilə məğlub edib.
Milli komanda daha əvvəl Özbəkistanın ROPSTTM (39:31) və OKMK (30:28) klublarına qalib gəlməyi bacarıb.
Qeyd edək ki, mayın 21-də yekun vurulacaq turnirin qrup mərhələsində ilk iki yeri tutan komandalar yarımfinala yüksələcəklər.
Facebook-da paylaş