Azərbaycan millisi Avropa çempionatındakı son oyununda böyükhesablı qələbə qazanıb
17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin II raundunda B liqasının 2-ci qrupunda son oyununu keçirib.
BrendSport.az xəbər verir ki, yığma Moldovadan olan həmyaşıdları ilə üz-üzə gəlib.
Bolqarıstanda keçirdiyi ilk iki görüşündə xal qazana bilməyən komandaların duelindən Azərbaycan yığması böyükhesablı qalibiyyətlə ayrılıb - 4:1. Komandamızın qollarına Ayşən Salamzadə (7-ci dəqiqə), Arzu Cəfərova (25), Vahidə Əlipaşayeva (63) və Xanım Əsədova (78) imza atıblar. Bununla yığmamız qrupu 3 xalla 3-cü pillədə başa vurub.
Qeyd edək ki, Azərbaycan millisi ilk iki matçında Bolqarıstana 1:6, Sloveniyaya isə 0:4 hesabı ilə məğlub olub.
Facebook-da paylaş