Azərbaycan millisinin futbolçusu yubiley oyununu keçirib
Azərbaycan millisinin futbolçusu Murad Xaçayev “Sumqayıt”ın heyətində yubiley oyununu keçirib.
BrendSport.az xəbər verir ki, IV turda “Araz-Naxçıvan”la (1:1) keçirilən görüş 25 yaşlı yarımmüdafiəçinin “gənclik şəhəri” təmsilçisinin heyətində bütün turnirlərdə meydana çıxdığı 100-cü matç olub.
Bunun 87-si Premyer Liqa, 11-i Azərbaycan Kuboku, 2-si isə avrokuboklara təsadüf edib. Xaçayev həmin qarşılaşmalarda 6 qol vurub, 7 məhsuldar ötürmə verib.
Qeyd edək ki, Premyer Liqanın III turunda “Sumqayıt”ın müdafiəçisi Elvin Bədəlov komandanın heyətində 100-cü oyununu keçirmişdi.
Facebook-da paylaş