Argentina millisinin futbolçusu Anxel Di Mariya karyerasını Türkiyədə davam etdirə bilər. BrendSport.az xəbər verir ki, bu barədə tanınmış insayder Nikolo Skira bildirib. Onun sözlərinə görə, "Qalatasaray" İtaliyanın "Yuventus" klubu ilə müqaviləsi yayda başa çatacaq 35 yaşlı yarımmüdafiəçi ilə ... Ətraflı »
"Qalatasaray" və "Benfika" dünya çempionunu heyətinə qatmaq istəyir

Polşalı döyüşçü Rafael Fiziyevi duelə çağırıb

Polşalı UFC döyüşçüsü Mateuş Qamrot Azərbaycan təmsilçisi Rafael Fiziyevi duelə çağırıb. BrendSport.az xəbər verir ki, 33 yaşlı idmançı bununla bağlı özünün tviter səhifəsində paylaşım edib. O, Fiziyevin "Avqustda boş olan rəqs partnyorları varmı?" tvitinə "Gəl, qardaş, sentyabrda 5 raundluq ... Ətraflı »
Kvaratsxeliya İtaliyada mövsümün ən yaxşı oyunçusu seçilib

İtaliya A Seriyasında 2022/2023 mövsümünün ən yaxşı oyunçusu bəlli olub. BrendSport.az xəbər verir ki, bu ada "Napoli"nin futbolçusu Xviça Kvaratsxeliya layiq görülüb. Bundan başqa, ən yaxşı qapıçı İvan Provedel ("Latsio"), ən yaxşı müdafiəçi Kim Min Je ("Napoli"), ən yaxşı yarımmüdafiəçi Nikolo ... Ətraflı »
"Milan" Rafael Leau ilə müqaviləni yeniləyib

İtaliya "Milan"ı futbolçusu Rafael Leau ilə müqaviləni yeniləyib. BrendSport.az xəbər verir ki, 24 yaşlı hücumçunun sözləşməsinin müddəti 2028-ci il iyunun 30-dək uzadılıb. Portuqaliya millisinin üzvü 2019-cu ildən Milan şəhərinin eyniadlı təmsilçisinin şərəfini qoruyur. Forvard bu müddət ərzində ... Ətraflı »
Yaşar Nəcəfov Qran Prinin bürünc medalını əldə etdi

BrendSport.az xəbər verir ki, Düşənbə Qran Pri turnirinin ilk günündə kişilər arasında -66 kq. çəki dərəcəsində Yaşar Nəcəfov bürünc medal qazandı. Yaşar bürünc medal uğrunda görüşdə türkmənistanlı idmançı Hekim Aqamammedovu məğlub edib. ... Ətraflı »
Emin Mahmudov: "Karyeram barədə düşünməmişəm, bütün diqqətim finaldadır"

"Hələlik gələcək karyeram barədə düşünməmişəm. Bütün diqqətim finaldadır". BrendSport.az xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Emin Mahmudov "Qəbələ"yə qarşı keçirəcəkləri Azərbaycan Kubokunun final oyunundan əvvəl mətbuat konfransında deyib. 31 yaşlı kapitan müqavilənin o qədər də vacib ... Ətraflı »
"Neftçi"nin baş məşqçisi: "Döyüş ruhu yüksək olan matça hazır olmalıyıq"

"Döyüş ruhu yüksək olan matça hazır olmalıyıq" BrendSport.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf "Qəbələ"yə qarşı keçirəcəkləri Azərbaycan Kubokunun final oyunundan əvvəl mətbuat konfransında deyib. 48 yaşlı mütəxəssis qarşılaşmanın çətin keçəcəyini bildirib: "Hər ... Ətraflı »
Çempionlar Liqası: UEFA final matçının baş hakimini dəyişməyəcək

UEFA Çempionlar Liqasının final oyununun baş hakimini dəyişməyəcək. BrendSport.az xəbər verir ki, polşalı Şimon Marçinyakın İngiltərənin "Mançester Siti" və İtaliyanın "İnter" komandaları arasında keçiriləcək həlledici matça təyinatı təsdiqlənib. Ölkəsində ultrasağçı siyasətçi, homofob və ... Ətraflı »
"Marca": Benzema "Real Madrid"lə müqaviləni yeniləyir

Fransalı futbolçu Kərim Benzema bu yay İspaniya "Real Madrid"ini tərk etməyəcək. BrendSport.az xəbər verir ki, 36 yaşlı hücumçu "kral klubu" ilə müqaviləsinin müddətini daha 1 il uzadacaq. Bu isə o deməkdir ki, təcrübəli forvard növbəti mövsümdə də Madrid təmsilçisinin formasını geyinəcək. ... Ətraflı »
"Sevilya" - "Roma" matçının baş hakimi hücuma məruz qalıb

Macarıstanda İspaniya "Sevilya"sı ilə İtaliya "Roma"sı arasında keçirilmiş UEFA Avropa Liqasının final oyununu idarə edən ingiltərəli baş hakim Entoni Teylor hücuma məruz qalıb. BrendSport.az xəbər verir ki, hadisə Budapeşt hava limanında baş verib. İtaliyalı fanatlar FIFA referisinin əleyhinə ... Ətraflı »






















