Formula 1 komandalarının büdcələri məlum olub
Yeni mövsüm ərəfəsində Formula 1 komandalarının büdcələri məlum olub.
BrendSport.az xəbər verir ki, Mühəndislər kubokunun son qalibi “Red Bull” digər komandalardan daha yaxşı imkana malikdir. Avstriya komandası yeni mövsümdə 400 milyon dollarlıq büdcə ilə mübarizəyə başlayacaq.
İkinci pillədə 380 milyon dollarla “Mercedes” qərarlaşıb. “Ferrari”nin isə 375 milyon dollarlıq büdcəsi var.
Çempionatda ən az büdcəyə malik komanda “Haas”dır.
ABŞ təmsilçisi 150 milyon dollarlıq ehtiyata malikdir.
Bütün bunlara baxmayaraq, maliyyə limiti qaydalarına görə, Formula 1 komandaları yeni mövsümdə maksimum 154 milyon dollar vəsait xərcləyə bilərlər.
Facebook-da paylaş